14 oktyabr 2021 11:48
734

Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykens və təşkilatın yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb.

“İki sahil” xəbər verir ki,  görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Qonaq bildirib ki, UNICEF, Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir.