FIFA Türkiyənin "Hatayspor" klubuna transfer qadağası tətbiq edib.
"İki sahil" türk mediasına istinadən xəbər verir ki, buna klubun sabiq futbolçusu David Akintolaya 100 000 avro borcunu ödəməməsi səbəb olub.
Superliqa təmsilçisinin cəzası nigeriyalı vingerə ödəniş baş tutduqdan sonra aradan qaldırılacaq.
Qeyd edək ki, David Akintola 2020/2021 mövsümündə "Hatayspor"da çıxış edib. O, iyulda "Adana Demirspor"la müqavilə imzalayıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar