Oktyabrın 10-da UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.
“İki sahil” xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.
İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.
İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez - Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu oyun Turindəki "Alianz" stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib