18 sentyabr 2026 20:04
100

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

“İki sahil” xəbər verir ki, açılış oyununda “Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Breno Almeyda, 86-cı dəqiqədə Adeleke Akinyemi və 90+2-ci dəqiqədə Lyubomir Tupta vurublar. Xallarını 15-ə çatdıran Bakı klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ev sahibləri isə 4 xalla 8-ci sıradadır.

Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olub.