Norveçin paytaxtı Oslodakı dünya çempionatında qazandığı bürünc medal Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan E.Əzizli güləşin bu növü üzrə Avropa və dünya çempionatlarında əldə etdiyi mükafatların sayını 8-ə çatdırıb. Bu, Azərbaycanın yunan-Roma güləşçiləri arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, E.Əzizli 2018-ci ildə həm Avropa, həm də dünya çempionu olub. Onun aktivində 2 dünya və 4 Avropa üçüncülüyü də var.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib