Türkiyənin klubu futbolçusu Namik Ələskərovla bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, sosial şəbəkə hesablarında 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinin formasında fotosunu yayımlayan I liqa klubu İrlandiya yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə matçında ona uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib