Azərbaycan cüdoçusu Elcan Hacıyev İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Hacıyev bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov gümüş medala yiyələnib.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib