Millimizin sabiq üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" baş məşqçisi Aleksey Şpilevski ilə yolları ayırıb.
"İki sahil" Aue təmsilçisinin saytına istinadən xəbər verir ki, belaruslu mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
"Erzgebirge" bu mövsüm Almaniya Bundesliqasında keçirdiyi 7 oyunda 3 heç-heçə edib. Komanda 3 xalla hazırda sonuncu -18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, A.Şpilevski iyunda klubun baş məşqçisi təyin olunmuşdu.