19 sentyabr 2026 09:42
102

Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

“İki sahil” xəbər verir ki, kişilərdən ibarət komanda Çexiya ilə üz-üzə gələcək. Qadınlar İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər. Daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveçi (2,5:1,5) məğlub ediblər.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.