19 sentyabr 2026 13:15
102

İtaliya millisinin sabiq futbolçusu vəfat edib

İtaliya millisinin və "İnter" klubunun sabiq futbolçusu Sandro Matsola vəfat edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Milan təmsilçisi məlumat yayıb. Keçmiş hücumçu 83 yaşında həyatını itirib.

Xatırladaq ki, S.Matsola 1960-1977-ci illər aralığında "İnter"in heyətində 567 oyun keçirib, 162 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya millisində 70 matçda 22 dəfə fərqlənib.