17 sentyabr 2021 21:20
1006

"Neftçi" argentinalı futbolçu ilə ikiillik müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.

“İki sahil” kluba istinadla xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. İyirmi səkkiz yaşlı hücumameylli yarımmüdafiəçi 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Xorxe Korrea Argentinanın “Veles Sarsfild”, “Defensores de Belqrano” və Portuqaliyanın “Maritimu” klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.