17 sentyabr 2021 14:10
1019

Haaland yenə hamını qabaqladı

Almaniya Bundesliqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. 

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ayın ən yaxşısı "Borussiya"nın (Dortmund) oyunçusu Erling Haaland seçilib. 

Qeyd edək ki, Haaland avqust ayında Bundesliqada çıxdığı oyunlarda 3 qol vurub və 1 qolun ötürməsini verib.