30 sentyabr 2020 12:51
1033

Binəqədidə yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanıb

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsində növbəti izdiham yaşanıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, yüzlərlə çağırışçı idarəsinə gələrək könüllü olaraq hərbi xidmətə yollanıb. Böyük ruh yüksəkliyi ilə şöbəyə gələn könüllülər xüsusi nəqliyyat vasitələri ilə hərbi hissələrə alqışlarla yola salınıb.