25 sentyabr 2026 23:39
131

Anita Anand: Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq

Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır.

“İki sahil” xəbər verir ki,  bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib. "Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. İndiki mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret ad qoymuruq", - o, Ottavada keçirilən birgə mətbuat konfransında qeyd edib.

Anandın sözlərinə görə, oktyabrın sonunda Monrealda keçiriləcək Kanada və Aİ sammiti ərəfəsində tərəflər "münasibətlərin dərinləşdirilməsi"ni müzakirə edirlər. Söhbət süni intellekt texnologiyalarının işlənib hazırlanması, kritik əhəmiyyətli mineralların emalı, həmçinin müdafiə və təhlükəsizlik sahələrində daha sıx inteqrasiyadan gedir.