Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək parada hazırlıq məqsədi ilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri iyunun 25-də Bakı şəhəri üzərində növbəti uçuşlar keçirib.
“Report”un məlumatına görə, hərbi təyyarə və helikopterlərin iştirakı ilə paradın son məşqi keçirilib.
Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetirib.
Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən olub.
Qeyd edək ki, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə iyunun 26-da Bakıda parad keçiriləcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub