Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib.
Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.
“Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”,- deyə müdafiə naziri bildirib.
Onun sözlərinə görə, 26 iyunda keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq.
“Bizim nümayiş olunmayacaq silahlarımız da var. Çünki həmin silahlar hələlik sınaqdan keçirilməyib”, - deyə o əlavə edib. (oxu.az)
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub