Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən təlim başa çatıb.
Müdafiə Nazirliyindən bildiriblər ki, təlimlərə 2000 nəfərədək şəxsi heyət, 60-dək tank və digər zirehli texnika, 250-dək təkərli və xüsusi texnika, 70-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan cəlb olunub.
Qoşunların hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb və cəmləşmə rayonlarına çıxarılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.
Təlimin əməliyyat şəraitinə uyğun olaraq qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması və müdafiənin əlverişli hədlər üzrə bərpa olunması tapşırıqlarını yerinə yetiriblər.
Təlimlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub