Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, artilleriya bölmələri “DANA” özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.
Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub