Yəmənin hökumət ordusu və Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyasının qoşunları Qırmızı dənizin sahilində yerləşən Xodeyda limanına hücuma başlayıb.
Publika.az xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Al Arabia” telekanalı bildirib.
Koalisiyanın qoşunları Yəmənin ən böyük limanını “Ənsar Allah” şiə hərəkatından azad etməyi planlaşdırır. Yəmən hakimiyyəti son günlərdə şəhərin ətrafına güclər toplayırdı. Koalisiya hökumət qüvvələrini havadan və dənizdən dəstəkləyir.
Daha əvvəl BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsinin rəsmi nümayəndəsi Yens Lerk xəbərdarlıq edib ki, Xodeydaya hücum və şəhərin uzunmüddətli mühasirəsi 250 min insanın həyat və təhlükəsizliyini təhlükə altına qoyacaq. “The Wall Street Journal” nəşri iyunun əvvəlində yazmışdı ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xodeyda limanının azad edilməsi üçün ABŞ-dan hərbi kömək istəyib.
Xatırladaq ki, Yəməndə müharibə 2015-ci ilin yanvarında İranın dəstəklədiyi Husi qiyamçıları paytaxt Sananı tutması ilə başlayıb. Həmin ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya prezident Mənsur Hadini hakimiyyətə qaytarmaq üçün Yəmənə girib. Lakin koalisiya bu günə qədər istədiyi nəticəyə nail ola bilməyib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub