Azərbaycan hərbi sənaye sahəsində Almaniya ilə əməkdaşlıq edəcək.
“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi Naziriyi ilə Almaniyanın “Rheinmetall Defence“ şirkəti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
Fransanın paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi - "Eurosatory-2018” sərgisi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalovla şirkət rəhbərliyi arasında görüş keçirilib. Müzakirələrdən sonra Y.Camalov və “Rheinmetall Defence“ şirkəti rəhbərliyi əməkdaşlıq sənədi imzalayıb.
Qeyd edək ki, Avropanın ən qabaqcıl şirkətlərindən olan “Rheinmetall Defence” xüsusilə müdafiə məqsədli mobil sursatların və texnologiyaların istehsalı ilə məşğul olur.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub