Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Javed Bajva ilə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-ninqətnamələri əsasında həllinin zəruriliyi haqqında söhbət açılıb, Pakistanla Azərbaycanın bir birinə dəstəyinin davam edəcəyi vurğulanıb.
Görüşdə həmçinin, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasındahərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi perspektivləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin icra olunması haqqında fikir mübadiləsi aparılıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub