Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, general-polkovnik Z.Həsənov hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Hərbi birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə Müdafiə naziri Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın müasir tələblərə tam cavab verdiyini vurğulayaraq müxtəlif silah növlərinin alınması prosesinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Düşmənlə qarşıdurma xəttindəki vəziyyəti dəyərləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını, qarşıda duran vəzifələri, eləcə də düşmənin istənilən təxribatının qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişləri şəxsi heyətə çatdırıb.
Hərbi qulluqçular Müdafiə nazirinə müraciət edərək işğal altında olan torpaqların tezliklə azad edilməsinə hər an hazır olduqlarını bildiriblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub