Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.
Publika.az xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.
Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub