İranın müdafiə nazirinin müavini Məhəmməd Mehdi Kərbalayi Azərbaycanda səfərdədir.
Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, iranlı nazir müavini Azərbaycanın müdafiə nazirinin müavini və kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb. Görüşdə tərəflər müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Məhəmməd Mehdi Kərbalayinin bu gün həmçinin Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşəcəyi, sabah isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşmək üçün Naxçıvana gedəcəyi gözlənilir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub