Müdafiə nazirinin tapşırığına əsasən mayın 8-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolu, onun döyüşlərdə iştirakını bir daha xatırlayıblar. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı öz vətəni bilmiş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir.
Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən A.Aqarunov cəbhəyə yollanıb və 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub