03 may 2018 18:52
1425

Cennifer yenə möhtəşəm idi

Müğənni Cennifer Lopez yenə də medianın nəzərini üzərinə cəmləməyi bacarıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı ulduz Las-Veqasda “Billboard Latin Music Awards – 2018” mükafatlandırma gecəsinə qatılıb. Əvvəlcə gümüşü rəng bel dekolteli, parlaq mini libasda fotoqraflara poz verən Cey Lo daha sonra səhnəyə çıxıb. 

Başdan-ayağa qızılı rəngə bürünən Cennifer möhtəşəm səhnə şousu ilə hər kəsi özünə heyran qoyub.