Hərbi əmliyyatlarda istifadə edilən sursatların kütləvi şəkildə yerli istehsalına başlayan Türkiyə artıq sahib olduğu ordu və hərbi texnika ilə düşmənlərini təşvişdə saxlamaqdadır.
Publika.az xəbər verir ki, qardaş ölkənin yerli silah-sursat şirkəti ROKETSAN “Atak” hücum helikopetlərinə birləşdirilən “Cirit” raketini modifikasiya edərək pilotsuz qırıcılar üçün istehsal etdiyi “Mini Ağıllı Sursat”ların (Mini Akıllı Mühimmat) kütləvi istehsalına başlayır.
MAM-C adlı Türkiyə Silahlı Qüvvələrinin yeni vuran gücü lazer axtarış xüsusiyyəti sayəsində yüksək hədəfləmə həssaslığına malikdir. ROKETSAN-ın məhsullarından istifadə edən TSQ MAM-L və MAM-C ilə fərqli hədəflərə qarşı ən təsirli olacaq alternativləri seçə biləcək.
MAM-C ilə xüsusilə, həssas tikililər, zirehsiz quru avtomobilləri, radar antenləri, silah mövqeləri kimi yumşaq hədəflərin, əlavə olaraq, 25 metr çapdan daha geniş sahəyə səpələnmiş terrorçu və düşmən əsgərlərin məhv edilməsi hədəflənir. MAM-C-nin başlığı hədəfinə az məsafə qaldıqda partlayaraq geniş bir sahəyə təsirini göstərir.
MAM-C
Uzunluğu: 80 cm
Çapı: 70 mm
Ağırlığı: 8.5 kq
Hərbi başlığı: 2.5 kq
Mənzil: 8 km
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub