Tanınmış aktyor, rejissor və müğənni Özcan Dəniz evlənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özcan Deniz özündən 20 yaş kiçik sevgilisi, 7.5 aylıq hamilə olan Feyza Aktanla 8 Mart Qadınlar Günündə öz villasında nikaha girib. Ulduzun villasından baş tutan mərasimdə 15 nəfər iştirak edib. Nikah şahidləri isə ailə dostları olub. Feyza Dəniz gəlinlik yerinə ağ paltar geyinməyə üstünlük verib.
Özcan Dəniz evlənməzdən bir həftə əvvəl qardaşı Ercan Dənizə bunları deyib: “Nikahın Beynəlxalq Qadınlar Günündə olmasını istəyirəm. Xanımım və bütün qadınlar başımın tacıdır”.
Cütlüyün toyu yayda baş tutacaq. Ulduza yaxın mənbələrin sözlərinə görə, aktyor baş rolda oynadığı “İstanbullu gəlin” serialı iyunda final etdikdən sadə toy mərasimi etməyi planlaşdırır. Onlar bal ayına Kuzey adını qoyacaqları oğulları ilə birlikdə gedəcək.