Müğənni Hadisə bacısı Hülya Açıkgözlə dalaşıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir kİ, davaya səbəb Hülyanın müğənniyə çəkdiyi “Sıfır Tolerans” klipinin plagiat çıxması olub. Ekran işinin Britni Spirsin klipindən oğurluq olması, üstəlik RTÜK tərəfindən açıq-saçıq səhnələrinə görə ekranda yayımlanmasına qadağa qoyulması Hadisəni əsəbiləşdirib.
O, Hülyaya “Çəkdiyin klip həm oğurluq çıxdı, həm də qadağan olundu. Pulumu çölə atdım, karyeram zədələndi” deyərək onunla dava edib.