“Eurovision” təmsilçilərimizdən olan Səbinə Babayeva yenidən görünüşündə dəyişiklik edib.
Axşam.az-ın məlumatına görə, hər zaman uzun saçda gördüyümüz sənətçi bir müddət əvvəl saçlarını qısa kəsdirərək və onları tünd rəngə boyatdıraraq hamını təəccübləndirmişdi.
İndi isə Səbinə yenidən saçlarını uzadıb və əvvəlki kimi sarı rəngə boyatdırıb.
Müğənni yeni görünüşdə fotolarını İnstaqram səhifəsində paylaşıb. Sosial şəbəkə izləyiciləri onu bu görünüşdə daha çox bəyəndiklərini yazıblar.