09 yanvar 2018 19:59
691

Türk mediası Anardan yazdı

Türkiyənin məşhur “Hurriyet” portalı stilist Anar Ağakişiyevdən yazıb.

Axşam.az-ın məlumatına görə, saytda stilistin yaşlı insanları makiyajla 20-30 il cavanlaşdırdığı qeyd olunub.

“32 yaşlı azərbaycanlı makiyaj ustası əl işləri ilə hər kəsi təəccübləndirir. Dərisində çox problemi olanlar da ona makiyaj etdirir” deyə, məqalədə yazılıb. 

Anarın bu yaxınlarda “Altın kelebek” ödül gecəsinə qatılması da vurğulanıb.