09 yanvar 2018 18:45
638

Yenə ərə gedir

Aktrisa Qvinet Peltrou rejissor və ssenarist Bred Felçokla ailə qurmağa hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə 45 yaşlı aktrisa özünə məxsus "Goop" jurnalına müsahibəsində deyib. Rejissorun onu qucaqlayaraq çəkilmiş şəklini jurnalda yayımlayan aktrisa Bredlə həyatının ən yaxşı vaxtı tanış olduğunu bildirib:

"Biz ortaq uğur və uğursuzluqlarımızın sağlam və xoşbəxt münasibətimizin təməlinə təsir edəcəyi anda görüşdüyümüz üçün şanslıyıq".

Qeyd edək ki, Q.Peltrou ilə B.Felçok "Amerika qorxu hekayəsi" ("American Horror Story") filminin çəkilişlərində tanış olublar. 

Aktrisanın keçmiş əri, musiqiçi Kris Martindən 2 uşağı var. Kris də keçmiş xanımının Bredlə münasibətindən xəbərdardır və onların xoşbəxt olacağına inandığını deyib.