09 yanvar 2018 17:48
731

Məşhur modelin yeni imici bəyənilmədi

Aktyor Ceyson Steytmenin xanımı, model Rozi Hantinqton Uaytli İnstaqram səhifəsində yeni forosunu paylaşıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulda ilk dəfə ana olan Rozi yeni imici ilə izləyicilərini təəccübləndirib.

Belə ki, həmişə təbii və uzun saçlara üstünlük verən model bu dəfə fərqli görünüb. 

Yeni layihəsi üçün qısa və sarı rəngli parik taxan Uaytlinin imici sevənləri tərəfindən o qədər də bəyənilməyib.