Səudiyyə Ərəbistanı İsraildən "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemi alması barədə danışıqlara başlayıb.
“Report” İsveçrədə çıxan “Basler Zeitung” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında qeyri-rəsmi əlaqələr qurulur.
Məlumata görə, Krallıq Yəməndə husi qiyamçılarının atdığı raketlərdən müdafiə məqsədilə "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemini almaq istəyir.
Qəzet Ər-Riyadla Təl-Əviv arasında qeyri-rəsmi hərbi sahədə əməkdaşlıq edildiyini yazıb.
Bundan əlavə, Səudiyyə Ərəbistanı İsraildən silah-sursat və tank da almaq niyyətindədir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub