08 yanvar 2018 20:18
830

"70 yaşlı həkim ürəyimi görüb özünə şükür etdi"

ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı müğənni Mirkamil Kamilov olub.

Axşam.az-ın məlumatına görə, sənətçi səhhətində baş verən problemlərindən danışıb. 

Ürəyindən əməliyyat olunan Mirkamil həkimin onun barəsində dediklərini açıqlayıb:

“Həyatda heç kim nədənsə sığortalanmayıb. Şükür etmək lazımdır. Həkimin 70-dən çox yaşı var idi, amma ürəyimi görəndə öz yaşına şükür etdi. İndi ürəyim cavanlaşmağa doğru gedir. Sağ olsun həkim, ürək yenidən bərpa olur”.