08 yanvar 2018 20:16
1349

Aktyordan "Mahmud hoca"ya vəfasızlıq

Cümə günü, yanvar ayının 5-də həyatını itirən məşhur aktyor Münir Özkulla vida mərasimi Muhsin Ertuğrul sarayında keçirilib.

Daha sonra mərhum üçün Nişantaşındakı məsciddə cənazə namazı qılınıb. O, Bakırköy qəbirstanlığında dəfn edilib.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, onun dəfn mərasimində yüzdən çox insan iştirak edib. Lakin məşhurlardan Şener Şen ilə Metin Akpınar mərasimə qatılmayıb. Onların yasa gəlməməsini Türkiyə mediası vəfasızlıq kimi qiymətləndirib.

Qeyd edək ki, Münir Özkul Hababam sınıfı komediyasında Mahmud hoca, Şener Şen isə idman müəllimi obrazını canlandırıb.