04 yanvar 2018 22:20
715

Könül Xasıyeva sabah xəstəxanaya yerləşdiriləcək

Səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva yanvarın 5-də xəstəxanaya yerləşdiriləcək.

Bunu "Report"a açıqlamasında xalq artisti özü deyib. 

O, hazırda evdə olduğunu bildirib: "Bugün xəstəxanaya gedib analizlər verdim. Cavablar bilinmədən xəstəxanada qalmağımın mənası yoxdur. Sabah cavablar bilinəcək və xəstəxanada müalicəmə başlanılacaq".

Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq.