04 yanvar 2018 15:34
940

Keyt Blanşett münsiflər heyətinin rəhbəri olacaq

Avstraliyalı aktrisa Keyt Blanşett bu ilin may ayında keçiriləcək 71-ci Kann Film Festivalının münsiflər heyətinə rəhbərlik edəcək.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb.

Qeyd edək ki, Keyt Blanşett iki dəfə "Oskar", üç dəfə isə "Qızıl qlobus" mükafatlarının qalibi olub. O, karyerası ərzində "Yelizaveta" (1998), "İstedadlı mister Ripli" (1999), "Aviator" (2004) və başqa filmlərdə rol alıb.