Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində" sözləri "Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin" sözləri ilə, "Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində" sözləri isə "Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin" sözləri ilə əvəz edilir.
Dəyişiklik Azərbaycanın Əfqanıstanda sülhməramlılarının artırılmasına imkan verir. Belə ki, indiyə qədər dörd taqım nəzərdə tutulurdu. Dəyişiklikdən sonra isə 4 taqım məhdudiyyəti aradan qalxır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub