Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.
Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub