Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “2017-ci ilin yekunları və Müdafiə nazirinin geniş kollegiya iclasında qarşıya qoyduğu tapşırıqlar” mövzusunda müşavirə keçirilib.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hərbi məktəbin cari ildə fəaliyyəti haqqında məruzə ilə çıxış edən liseyin rəisi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2017-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında 2018-ci tədris ili üçün qoyduğu tapşırıq və tövsiyyələri şəxsi heyətin diqqətinə çatdırıb.
Sonda Müdafiə nazirinin “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il” münasibətilə təbriki və hərbi liseyin şəxsi heyətinin mükafatlandırılması haqqında əmri çatdırılaraq bir qrup hərbi qulluqçu və mülki işçilərə xidmətdə, tədrisdə qazandıqları nailiyyətlərə görə mükafatlar təqdim olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub