27 dekabr 2017 17:25
828

Adriana Lima türkiyəli sevgilisindən ayrıldı

Tanınmış model Adriana Lima türkiyəli sevgilisi Metin Haradan ayrılıb. Lent.az-ın gecce.com.tr-yə istinadən verdiyi məlumata görə, ötən gün M.Hara məkanların birində  jurnalistlərlə üz-üzə gəlib. Medianın ona Lima ilə ayrılığı barədə ünvanladığı suala Hara “Mən elm adamıyam, mənə belə suallar verməyin. Mən şou fiquru deyiləm” cavabını verib. Ariana Lima isə M.Haranı sosial şəbəkədə izləmə siyahısından çıxarıb.

Qeyd edək ki, cütlük arasındakı münasibət keçən ilin yaz aylarından başlayıb. Hətta birgə Bodrumda dincələn zaman görüntülənmişdilər.