Bu gün "Hər şey daxil"in efirində olan prodüser Tolik keçmişi ilə bir neçə məqamı xatırlatmalı olub.
Milli.Az xəbər verir ki, prodüseri bu addımı atmağa ona "disk daşıyan" deyənlərin atmacaları vadar edib.
Tolikin həmin açıqlamasını təqdim edirik:
"Mənim üçün deyirdilər ki, disk daşıyan olmusan. Vallah, mən disk daşımamışdan qabaq ofisiant işləmişəm, Qaraçuxurda dayımın dükanında satıcı işəmişəm - pomidorları, almaları silib vitrinə düzürdüm. Burada ayıb nədir ki?! Əsas odur ki, hasarın altında "pian" yatmamışam, pis işlərlə məşğul olub, nakotik aludəçisi olmamışam. Belə işlərdə ayıb bir şey yoxdur. Atam neft daşlarında aqreqatda işləyib. Ayıbdır məgər?"