Konsertini ləğv etməyə məcbur qaldı

25 dekabr 2017 21:22
768

Tanınmış müğənni Lorde Təl-Əvivdə keçirməyi planlaşdırdığı konsertini ləğv etmək məcburiyyətində qalıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 21 yaşlı Yeni Zellandiyalı müğənninin izləyiciləri onu İsrail hökümətini dəstəkləməkdə günahlandırdıqlarına görə Təl-Əvivdə keçirməyi planlaşdırdığı konsertini ləğv etmək məcburiyyətində qalıb.

Jerusalem Post-un verdiyi məlumata görə, müğənni Təl-Əvivdə konsert proqramı ilə çıxış etməyəcək.

Müğənni sosial şəbəkədə açıqlama verib və məqsədinin ayrıseçkilik olmadığını bildirib, onu məlumatlandırdıqlarına görə izləyicilərinə təşəkkür edib.