Baş rollarda Özge Özpirinçci və Buğra Gülsoyun oynadığı “Acı, Tatlı və Ekşi” filminin dünən qala gecəsi baş tutub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təsirli sevgi hekayəsindən bəhs edən qala gecəsində ekran işinin baş rol ifaçıları, filmin rejissoru Andaç Haznedaroğlu, həmçinin Yusif Akgün, Gözdə Türkpençe, Osman Alkaş, Füsun Dəmirəl, Cenk Doğar, Rahmi Dilligil, Ferda İşıl, Somer Karvan və başqa aktyor heyəti iştirak edib.
Gecədə Yılmaz Ərdoğan, Demet Akbağa, Dolunay Soysertt, Selin Şekerci və Ezgi Molaya kimi çox sayda məşhurlar da iştirak edib. Onların hər biri qırmızı xalçaya çıxaraq fotoqraflara poza verib.
"Acı, Şirin Və Turş" filminin yaradıcı heyəti nümayiş öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Filmin ssenarisini da yazan Buğra Gülsoy "Çəkilişlər keçən yay baş tutub. Film hamımızın ürəyimizcə oldu. İnsanların izləyərkən bütün duyğuları içində tapacağı, real həyata yaxın filmdir. Ümid edirəm ki, bəyəniləcək", - deyə bildirib.
Özge Özpirinçci film barədə fikirlərini belə ifadə edib: "Mənim üçün çox gözəl çəkiliş oldu. İzləmək üçün səbirsizlənirəm. Canlandırdığım Duyğu xarakterinə qarşı hisslərim çox həqiqi və səmimi idi. Onu çox sevirəm. Mənim üçün xüsusi xarakterdir".
Rejissor Andaç Haznedaroğlu isə inandığım, sevdiyi aktyorlarla çalışdığımı söyləyib: "Tamaşaçıya lazımi dəyəri vermək üçün çox çalışdıq. Ümid edirəm ki, qarşılığını alarıq".