Bakıda Müdafiə Nazirliyinin Naviqasiya və Kartoqrafiya İdarəsi ilə Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri arasında “Azərbaycan Respublikasında Hidroqrafiya Xidmətinin imkanlarının dəyərləndirilməsi” mövzusunda görüş keçirilib.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, ölkəmizin Beynəlxalq Hidroqrafiya Təşkilatına üzv olması prosesinin sürətləndirilməsi məqsədilə keçirilən tədbirdə bu istiqamətdə görülən işlər barədə müzakirələr aparılıb.
Qonaqlara naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin yerinə yetirilməsi mövzusunda brifinqlər təqdim olunub, idarədə mövcud olan müasir texniki avadanlıqların imkanları nümayiş etdirilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə də görüşüb, mövcud naviqasiya, hidroqrafiya və hidrometeorologiya avadanlıqları ilə tanış olub, hərbi dənizçilərlə təcrübə mübadiləsi aparıblar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub