Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabitlərə hərbi geyim forması kimi şalvar da verəcək.
“Report”un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Belə ki, indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın ali zabitlərə hərbi geyim forması kimi 2 ildənbir bir dəst tünd zeytun rəngli qış kiteli və yubka, kəmərciklərlə təmin edirdi. Dəyişikliklə, qadınlara şalvar da veriləcək.
Qadın zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normasında da dəyişiklik edilib. Eyni məzmunlu dəyişiklik bu bölməyə də aid edilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub