Cənubi Koreya ABŞ-a müraciət edərək Qış Olimpiya Oyunlarının keçirildiyi dövrdə KXDR tərəfdən mümkün təxribatçı hərəkətlərin olma ehtimalını azaltmaq üçün hərbi təlimləri təxirə salmağı xahiş edib.
"Report" "Financial Times" qəzetinə istinadən xəbər verir ki, mənbələr söhbətin illik "Foal Eagle" və fevral-aprel aylarında keçirilən "Key Resolve" təlimlərindən getdiyini bildirir.
Seul təlimlərin martın 9-18-də keçiriləcək Paralimpiya Oyunlarından sonraya təxirə salınmasını istəyir. Mənbələrin bildirdiyinə görə, ABŞ, çox güman, təklifi qəbul edəcək.
Cənubi Koreyanın Müdafiə Nazirliyi hələlik qərarın qəbul edilmədiyini söyləyib. ABŞ-ın Sakit Okean Donanması komandanlığının nümayəndəsi Devid Benhem Seul və Vaşinqtonun təlimlər mövzusunda gələcək addımları müzakirə etdiklərin bildirib.
Xatırladaq ki, Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub