Kanadalı porno film ulduzu Auqust Ames son günlərdə sosial mediada uğradığı təcavüzlərdən sonra evində ölü tapılıb
AzNews.az -ın məlumatına görə 18 film sektorunun tanınmış adlarından olan Auqust Ames özəlliklə "Twitter"də özünə yönəldilən "homofobik" ittihamlarla ictimaiyyətin gündəmində olub. ABŞ-ın Kaliforniya ştatındakı evində ölü tapılan 23 yaşlı ulduzun ölüm səbəbilə bağlı rəsmi bir açıqlama yoxdur.
Lakin xarici mətbuat, sosial mediadan edilən təcavüzlərin gənc qadını intihara sürükləmiş olduğunu iddia edir. Porno ulduz yaxınlarına bir müddətdir acı çəkdiyini deyirmiş. Amesi bu duruma sürükləyən olay belə şərh edilir: "Oynadığı 18 filmlərlə tanınan Ames "Twitter"ə ona homoseksual bir kişi ilə cinsi əlaqədə olacağı bildirilən film təklifi gəldiyini və bunu qəbul etməyəcəini yazmışdı. Bundan sonra aldığı mesajlarda homofobik olmaqda günahlandrılıb".
Qeyd edək ki, Auqust Ames indiyədək 270 filmdə oynayıb. O, porno film sektorunun Oskarı sayılan AVN-də mükafat da alıb.