"O Səs Türkiyə" mahnı müsabiqəsinin növbəti buraxılışı azərbaycanlı ifaçının iştirakı ilə yadda qalıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı Kamran Arif adlı azərbaycanlı ifaçı “TV8” ekranlarında yayımlanan musiqi yarışına qatılıb. O, müsabiqədə Soner Sarıkabadayının "Sadem" mahnısını ifa edib.
İfaçının çıxışına sadəcə Yıldız Tilbe dönüb. Mahnı bitdikdən sonra Kamran Arif özünə əmin şəkildə münsiflərdən zarafatla onların dönməməsinin səbəbini soruşub. Onun sualı bütün münsifləri güldürüb.
Digər münsiflər Kamrana dönməməsinin səbəbini onun həyəcandan mahnının bəzi hissələrində özünü tam olaraq göstərə bilməməsi ilə izah edib.
İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - FOTO/VİDEO